Ramiz Mehdiyev AMEA-nın iclasına gəldi - YENİLƏNİB

 Ramiz Mehdiyev AMEA-nın iclasına gəldi -  YENİLƏNİB
  19 Fevral 2022    Oxunub:2428
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) prezident seçkiləri ilə bağlı iclas başlayıb.

AzVision.az xəbər verir ki, Ramiz Mehdiyev iclasa qatılıb. R.Mehdiyevdən başqa akademik Nizami Cəfərov və AMEA-nın müxbir üzvü Kamal Abdulla da iclasda iştirak edir.
R.Mehdiyev iclas öncəsi jurnalistlərə yaxşı olduğunu deyib:
"Yaxşıyam, narahat olmayın hər şey qaydasındadır".

***

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçiriləcək. Yığıncaqda Akademiyaya yeni prezident seçiləcək şəxslərin namizədliyi irəli sürüləcək.

AzVision.az xəbər verir ki, namizədlər arasında AMEA prezidenti postuna Akademiyanın birinci vitse-prezidenti Arif Həşimovun da namizədliyi verilib.
Qeyd edək ki, fevralın 14-də AMEA Rəyasət Heyətinin iclası keçirilib. Ramiz Mehdiyev istefa ərizəsi ilə dövlət başçısına müraciət edib.

Aytən Zəhra
AzVision.az


Teqlər: AMEA  



Xəbər lenti