"Ordumuzun Tağaverd istiqamətində atəş açması yalandır" - MN

   "Ordumuzun Tağaverd istiqamətində atəş açması yalandır" -    MN
  19 Fevral 2022    Oxunub:1796
Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində atəş açması barədə məlumatlara münasibət bildirib.

Nazirlikdən AzVision.az -a verilən məlumata görə, ermənilərin yaydıqları bu informasiyalar həqiqəti əks etdirmir.
"Erməni sosial şəbəkələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində Ordumuzun bölmələri tərəfindən Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində guya atəşin açılması barədə yayılan məlumat yalandır, təxribat xarakteri daşıyır", - MN-dan qeyd olunub.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi  



Xəbər lenti