Baş Qərargah rəisi Hərbi Dəniz Qüvvələrinə göstərişlər verib

   Baş Qərargah rəisi Hərbi Dəniz Qüvvələrinə göstərişlər verib
  19 Fevral 2022    Oxunub:1301
Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Hərbi Dəniz Qüvvələrinə (HQD) göstərişlər verib.
Müdafiə Nazirliyindən AzVision.az -a verilən məlumata görə, Baş Qərargah rəisi cari ilin yay aylarında Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda keçiriləcək təlimlərə hazırlıq, o cümlədən dəniz piyadalarının seçilməsinə, onların bilik və bacarıqlarının təkmilləşdirilməsinə xüsusi diqqət yetirilməsi və digər məsələlərlə bağlı müvafiq göstərişlər verib.

AzVision.az


Teqlər: HərbiDənizQüvvələri  



Xəbər lenti