AMEA-nın prezidenti səlahiyyəti Arif Həşimova verildi

   AMEA-nın prezidenti səlahiyyəti Arif Həşimova verildi
  19 Fevral 2022    Oxunub:3752
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Ramiz Mehdiyevin istefa ərizəsi qəbul olunub.

AzVision.az xəbər verir ki, bu barədə Ümumi yığıncaqda razılıq əldə olunub.

Yığıncaqda AMEA prezidentinin səlahiyyətləri Birinci vitse-prezident Arif Məmməd oğlu Həşimova həvalə olunub.
Akademik Nizami Cəfərov bildirib ki, növbəti iclasda yeni prezident seçiləcək:

"İclasın tarixi hələ bəlli deyil. Prosedur qaydalarına uyğun olaraq müvəqqəti icra birinci vitse prezident Arif Həşimov həvalə edildi. Əsas məsələ Akademiyanın taleyidir. Məqsədimiz odur ki, Akademiya fəaliyyətini davam etdirsin".



AzVision.az




Teqlər: AMEA  



Xəbər lenti