Elza Qırğızıstanın Bəstəkarlar İttifaqına üzv seçildi

   Elza Qırğızıstanın Bəstəkarlar İttifaqına üzv seçildi
  19 Fevral 2022    Oxunub:1889
Qırğızıstan Bəstəkarlar İttifaqı idarə heyətinin bu ayın 17 də keçirilən iclasında Azərbaycanın Əməkdar artisti, bəstəkar və müğənni Elza Seyidcahan Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təqdimatı ilə qırğız musiqisinin inkişafındakı xidmətlərinə görə Qırğızıstan Bəstəkarlar İttifaqının üzvü seçilib.
AzVision.az xəbər verir ki, bu barədə bəstəkarın özü məlumat verib.

Qeyd edək ki, Elza Seyidcahan Qırğızıstanda keçirilən “İssık-Kul – Türkün inci dünyası” festivalına qatılacaq. Festivalda Leyla Əliyevanın sözlərinə yazılmış “İssık-Kul” mahnısı müxtəlif dövlətlərin ifaçıları tərəfindən 12 dildə təqdim ediləcək.


Teqlər: Elza-Seyidcahan  



Xəbər lenti