Pərviz Şahbazov Münhen Təhlükəsizlik Konfransına qatılıb

      Pərviz Şahbazov    Münhen Təhlükəsizlik Konfransına qatılıb
  19 Fevral 2022    Oxunub:1728
Energetika naziri Pərviz Şahbazov 58-ci Münhen Təhlükəsizlik Konfransında iştirak edib. AzVision.az xəbər verir ki, konfrans çərçivəsində Pərviz Şahbazov Qafqaz dövlətləri, ATƏT və Avropa ölkələri nümayəndələrinin iştirakı ilə keçirilən “Qafqaz üçün yeni regional perspektivlər – Ümumi problemlər, ümumi həllər?” mövzusunda müzakirələrə qatılıb.
Qafqazda davamlı sosial-iqtisadi inkişaf üçün yollar, iqlim dəyişikliyi və ekoloji təhlükəsizlik problemlərinin həll vasitələri, regional əməkdaşlıq və digər məsələlər ətrafında müzakirələr aparılıb. Energetika naziri Münhen Təhlükəsizlik Konfransı çərçivəsində digər sessiyalarda da iştirak edib.

Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı beynəlxalq təhlükəsizlik siyasətinə dair müzakirələrin aparılması üçün dünyanın aparıcı forumlarından biridir. Ənənəvi olaraq hər il keçirilən konfransda dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət başçıları, nazirlər, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəhbər şəxsləri təmsil olunur.

AzVision.az



Teqlər: Şahbazov   Münhen-Konfransı  



Xəbər lenti