Yol polisi sürücünün onun ünvanına səsləndirdiyi iddialara cavab verib

Yol polisi sürücünün  onun ünvanına səsləndirdiyi iddialara cavab verib
  19 Fevral 2022    Oxunub:1414
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücü Sultanov Rafiq Yusif oğlunun İdarə rəhbərliyi və yol polisinin ünvanına sosial şəbəkələr vasitəsilə səsləndirdiyi iddialara cavab verib.
AzVision.az xəbər verir ki,İdarənin əməkdaşı, polis leytenantı Rüstəm Əhmədli sürücünün sosial şəbəkələr vasitəsilə ünvanladığı müraciətin qərəzli olduğunu bildirib.

"Məsuliyyətdən yayınmaq üçün ictimai rəydə neqativ fikirlər formalaşdıran sürücü müxtəlif vaxtlarda İnzibati Xətalar Məcəlləsinin 342.2.4, 342.1.3, 342.2.2 və digər maddələrin tələblərini - konstruksiya dəyişiklikləri, icazə verilməyən pərdədən və plyonkadan istifadə, dövlət nömrə nişanı olmadan avtomobilin idarə olunması qaydalarını pozduğuna görə saxlanılıb. Barəsində qanunauyğun şəkildə tədbir görülüb. Nəqliyyat vasitəsi zavod istehsalı vəziyyətinə qaytatıldıqdan sonra duracaqdan buraxılıb.

Lakin sonuncu dəfə saxlanılan zaman sürücü yenə də idarə etdiyi 99-OS-084 dövlət nömrə nişanlı, "Tofaş" markalı avtomobil ilə təkrar olaraq eyni qayda pozuntularına yol verib. Avtomobildə icazə verilməyən pərdədən istifadə, dövlət nömrə nişanı olmadan maşını idarə etmək və müxtəlif konstruksiya dəyişiklikləri etməklə kobud şəkildə qaydaları pozub. Dövlət yol polisi sürücünü aşkarlayıb və müvafiq qanun pozuntularına uyğun olaraq avtomobili duracağa yerləşdirilib. Qeyd edək ki, sürücünün 1971 manat məbləğində ödənməmiş cərimələri də var və sürücü bu barədə məlumatlandırılıb".

R.Əhmədli onu da əlavə edib ki, qeyd olunan qanun pozuntularının aradan qaldırılacağı, avtomobilin zavod istehsalı vəziyyətinə qaytarılacağı və 1 971 manat cərimənin ödəniləcəyi təqdirdə avtomobilin duracaqlar buraxılacaq:

"Sürücünün sosial şəbəkələrdə məlum çıxışı və iddiaları haqsızdır və yol polisinin fəaliyyətinə kölgə salmaq, məsuliyyətdən yayınmaq məqsədi güdür.

AzVision.az



Teqlər: BDYP   Sürücü  



Xəbər lenti