Bir ailənin məhv olduğu yol təmir edilir - VİDEO

   Bir ailənin məhv olduğu yol təmir edilir -    VİDEO
  20 Fevral 2022    Oxunub:1496
Sumqayıtda dəhşətli qəzanın baş verdiyi yolda təmir işləri aparılır. AzVision.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilir ki, işlər Bakı-Quba-Rusiya yolunun H.Z.Tağıyev qəsəbəsindən keçən hissəsində aparılır. Burada olan çökəkliklərə asfalt döşənir. Bunun üçün əraziyə xüsusi texnika cəlb edilib.

Xatırladaq ki, yolun bu hissəsində, fevralın 17-də avtomobil körpüdən aşıb. Nəticədə sürücü, 37 yaşlı Seymur Əliyev, onun həyat yoldaşı 23 yaşlı Fidan Ələkbərova və bir yaşlı övladları Həmzə Əliyev hadisə yerində ölüblər.



AzVision.az


Teqlər: Yol  



Xəbər lenti