“Şəhidlər bulağının” krantını qıran oğlanın qulağını kəsdilər - FOTO+ VİDEO
AzVision.az xəbər verir ki, Samuxun Kolayır kənd sakini, 25 yaşlı Mirzaman Əliyev bir neçə nəfər tərəfindən yaşadığı kənddən Füzuli kəndinin ərazisinə aparılıb. Orada gənci döyən şəxslər onun qulağının birinin yarıdan çox hissəsini kəsiblər.
Məlumata görə, M. Əliyev rayonun Füzuli kəndində yerləşən “Şəhidlər bulağının” su krantını qırdığına görə, həmin kəndin sakinləri Rahib Bayramlı, Nəriman Qələndərli, Həsrət Qəmbərli və Rüfət Əliyev tərəfindən döyülüb.
Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib, hazırda Samux rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


