İlham Əliyev Putinlə görüşəcək

   İlham Əliyev Putinlə görüşəcək
  20 Fevral 2022    Oxunub:2040
Rusiya prezidenti Vladimir Putin gələn həftə Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.
AzVision.az xəbər verir ki, bu barədə “Rossiya24” telekanalında nümayiş olunan “Moskva. Kreml. Putin” verilişində məlumat verilib.

“Xarici ölkə liderlərin mühüm səfərləri bu həftə də davam edəcək. Azərbaycan prezidentinin Rusiyaya rəsmi səfəri, Pakistanın baş nazirinin də Kremldə olacağı gözlənilir”, – deyə proqramda qeyd olunub.

AzVision.az


Teqlər:



Xəbər lenti