Azərbaycan GECF-in sammitində iştirak edəcək

   Azərbaycan GECF-in sammitində iştirak edəcək
  21 Fevral 2022    Oxunub:1055
Energetika naziri Pərviz Şahbazov Qətərin enerji məsələləri üzrə dövlət naziri Saad Şerida al-Kaabinin dəvəti ilə bu ölkəyə səfər edib.
Nazirlikdən AzVision.az -a verilən məlumata görə, nazir bu gün və sabah paytaxt Dohada keçiriləcək Qaz İxrac edən Ölkələr Forumunun (GECF) Nazirlər İclasında, GECF-in dövlət və hökumət başçılarının 6-cı Sammitində iştirak edəcək.

GECF-in toplantılarında qlobal qaz bazarının mövcud vəziyyəti, inkişaf perspektivləri və qaz ixrac edən ölkələr arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə ediləcək. P.Şahbazovun hər iki tədbirdə çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

AzVision.az


Teqlər: Energetika  



Xəbər lenti