Cinayət törədən 106 nəfər saxlanılıb

Cinayət törədən 106 nəfər saxlanılıb
  21 Fevral 2022    Oxunub:1094
Daxili İşlər Nazirliyi (DİN) fevralın 19-20-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
DİN-in mətbuat xidmətindən AzVision.az -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 94 cinayətin üstünü “isti izlər”lə açıblar. Əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 66 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında baş verən 2 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 56, qanunsuz saxlanılan silah-sursatla bağlı 7 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 106 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti