Xocalı faciəsinin ildönümünə hazırlıq gedir - FOTOREPORTAJ

 Xocalı faciəsinin ildönümünə hazırlıq gedir -  FOTOREPORTAJ
  21 Fevral 2022    Oxunub:1733
Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar paytaxtın Xətai rayonu ərazisindəki “Ana harayı” abidəsinin yerləşdiyi parkda hazırlıq işləri aparılır.
AzVision.az xəbər verir ki, yaxınlıqdakı yaşayış binaları və obyektlərin fasadlarına Xocalı faciəsini əks etdirən bannerlər quraşdırılır. Bununla yanaşı, anım günündə ziyarətçilərin gediş-gəlişini təmin etmək məqsədilə parkın ətrafında abadlıq işləri görülür.

Qeyd edək ki, Azərbaycan xalqının qan yaddaşı olan Xocalı soyqırımına həsr olunan “Ana harayı” abidə kompleksi 1993-cü ildə inşa edilib. Hər il fevralın 26-da Xocalı soyqırımının ildönümü ilə əlaqədar abidəni minlərlə insan ziyarət edir.










































FOTO: Anar Bayramlı
AzVision.az



Teqlər:



Xəbər lenti