"Şaxtyor"un məşqçisi Rusiya mərmisinə tuş gələrək öldü

  "Şaxtyor"un məşqçisi  Rusiya mərmisinə tuş gələrək öldü
  04 Mart 2022    Oxunub:2326
"Şaxtyor"un (Ukrayna) futbol akademiyasının məşqçisi Rusiya tərəfindən atılan mərminin qəlpəsinə tuş gələrək həlak olub.
AzVision.azxəbər verir ki, bu barədə klubun baş direktoru Sergey Palkin açıqlama yayıb. O futbol ictimaiyyətinə müraciət edərək deyib:

"Əməkdaşımız dünən vəfat edib. O, futbol akademiyamızın məşqçisi idi. Onu rus mərmisinin parçası öldürüb. Rusiya ukraynalıları öldürür. Bu dəliliyi dayandırın! Susmayın, danışın! Əks halda bu, şəxsi məğlubiyyətiniz olacaq. Həm də bütün gələcək nəsillərin yaddaşında qalacaq, dünya tarixindən silinməyəcək bir məğlubiyyət. Hər biriniz törədilmiş cinayətlərə görə təqsir və məsuliyyətini daşıyacaqsınız”.

AzVision.az


Teqlər: Ukrayna  



Xəbər lenti