Könüllü həkimlər 200-dən çox şəhid ailəsi və qazini müayinə edib

Könüllü həkimlər 200-dən çox şəhid ailəsi və qazini müayinə edib
  21 Fevral 2022    Oxunub:920
Azərbaycan Könüllü Həkimlər Assosiyasiyasının(AKHA) təşkilatçılığı və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) dəstəyi ilə təşkil olunan “Azərbaycan Regionlarında Şəhid ailələri və Qazilərin sağlamlığı” adlı layihənin növbəti tibbi aksiyası Saatlı Rayon Mərkəzi Xəstəxanasında keçirilib.
AzVision.az xəbər verir ki, aksiya çərçivəsində 20 ixtisas üzrə 35 könüllü həkim, Saatlı, Sabirabad və İmişli rayonlarında yaşayan, ümumilikdə 200-dən çox şəhid ailəsi və qazini müayinə və müalicə ediblər. Paytaxtın müxtəlif dövlət və özəl xəstəxanalarında çalışan kardioloq, onkoloq, radioloq, terapevt, pediatr, nevroloq, uroloq və digər ixtisaslar üzrə könüllü həkim heyəti tərəfindən keçirilən müayinələrin nəticələrdən asılı olaraq xəstəlik aşkar edilən şəhid ailələri və qazilərə müayinə və müalicə olunub, həmçinin zəruri dərman preparatları ilə təmin ediliblər.
Xəstəlik aşkarlanmış vətəndaşların növbəti mərhələdə tam müayinələrdən keçirilməsi, müalicəsi və zərurət olduqda cərrahi əməliyyatların aksiya çərçivəsində həyata keçiriləcək.
Tibbi aksiyanın təşkilində AKHA Tələbə təşkilatının könüllüləri tərəfindən yaxından dəstək verilib.
Qeyd edək ki, “Azərbaycan Regionlarında Şəhid ailələri və Qazilərin sağlamlığı” adlı layihəsinin növbəti aksiyasıları digər rayonlarda keçirilməsi nəzərdə tutulub.


AzVision.az



Teqlər:



Xəbər lenti