Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan
AzVision.az -a verilən məlumata görə, nəqliyyat vasitəsinin sürücüsünün hərəkətləri şübhə doğurduğundan RPŞ-yə gətirilib və tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən onun narkotik vasitələr olan metamfetamin və marixuana qəbul etdiyi məlum olub.
S.Hüseynzadə barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs edilib.
AzVision.az