"Bəzi sosial şəbəkə istifadəçiləriniə xəbərdarlıq etmişik" - Baş prokuror
O bildirib ki, gündəmə gəlmək üçün sensasiya xarakterli məlumatlar olmamalıdır:
"Prokurorluq İnsan hüquqlarının qorunmasını da təmin edir. Azərbaycanda “Media haqqında” yeni qanun qəbul edilib. Bəzi hallar olub ki, biz media nümayəndələrini, bəzi sosial şəbəkə istifadəçilərini prokurorluğa dəvət edərək onlara xəbərdarlıqlar etmişik. Bəzən barələrində inzibati işlər başlamışıq.
Ancaq çox təəssüflər olsun ki, bəzən bunu düzgün qəbul etməyənlər olur və prokurporluğu nələrdəsə ittiham edirlər. Biz hər bir kəsə açıq qurumuq. Hesab edirəm ki, mediada insanların şərəf və ləyaqətini təhqir edən, alçaldan, sensassiya xarakterli məlumatlar olmamalıdır”.
O qeyd edib ki, media nümayəndəsinin peşəkarlığına üstünlük verir:
"Prokurorluq orqanı olaraq düşünürük ki, media fəaliyyətində sifarişli yazı, kiminsə kiməsə qarşı əsassız ittihamları doğru deyil. Gündəmdə qalmaq üçün sensasiya xarakterli məlumatlar yaratmaq üçün belə addım atılmamılıdır".
Aytən Zəhra
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


