Polis Mahirlə bağlı araşdırmanı dayandırdı
2021-ci ilin dekabrında o zaman M.Emreli və Lukinyasın çıxış etdiyi “Legiya” Polşa çempionatında “Visla Plotsk”a məğlub olub. Oyundan sonra “Legiya”nın bir qrup xuliqan azarkeşi komandanın avtobusuna daxil olaraq hər iki futbolçuya xəsarət yetirib.
“Radio TOK FM”in jurnalisti Şimon Kempkinin sözlərinə görə, bu iş üzrə bütün şahidlər ifadə verib. Onlardan heç biri şikayəti olmadığını deyib. Bu səbəbdən də polis araşdırmanı bağlamaq qərarı verib.
Qeyd edək ki, həmin olay səbəbindən M.Emreli “Legiya”nı tərk edərək Zaqreb “Dinamo”suna keçib. Digər xəsarət alan futbolçu Lukinyasa isə bir neçə gün sonra jest olaraq “Legiya”nın kapitanlığı verilib. Amma bu günlərdə o da Polşanı tərk edərək ABŞ-ın "Nyu-York Red Bulls" klubuna keçib.
AzVision.az
Teqlər: