“Siz mənim evimin necə vəziyyətdə olduğunu görsəydiniz..." - İrəvandakı deputatımız

   “Siz mənim evimin necə vəziyyətdə olduğunu görsəydiniz..." -    İrəvandakı  deputatımız
  22 Fevral 2022    Oxunub:1385
“Biz gələcəkdə silahlı münaqişə olmamasına çalışmalıyıq”. AzVision.az xəbər verir ki, bunu bu gün Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasında geopolitik təhlükəsizliklə bağlı mövzuda çıxışında bildirib.
Tahir Mirkişili deyib ki, o, azad olunmuş ərazilərdəki evinə baş çəkib: “Siz mənim evimin necə vəziyyətdə olduğunu görsəydiniz, bunun necə faciəli olduğunu başa düşərdiniz. Sizin əsgərlərin bizim Vətənimizdə nə etdiyini görərdiniz”.

Azərbaycanlı deputat Ağdamın “Qafqazın Xirosima”sı adlandırıldığını diqqətə çatdırıb.

“Əgər ermənilər revanşist fikirlərə düşsələr, güclü Azərbaycan dövləti o qüvvələrə həm bu gün, həm də gələcəkdə lazımi cavab verməyə hazır olacaqlar! Bu münaqişə gələcək deyil, artıq keçmişdir. Biz gələcəkdə nələr istəyirik, bu barədə danışaq. Sülh müqaviləsinə nail olunması xalqlarımız, regionun inkişafı üçün çox yaxşı şans olardı”.

AzVision.az


Teqlər:



Xəbər lenti