Yenidən qurulan yollar, salınan körpülər - Ötən ilin hesabatı
"Bunlardan 606.8 km investisiya vəsaiti hesabına, 121.5 km isə “Avtomobil Yolları” məqsədli büdcə vəsaiti hesabına yerinə yetirilib.
2021-ci il ərzində 10 yeni körpünün - İsmayıllı rayonu ərazisində 4, “Zəfər Yolu üzərində 5, Ağcabədi rayonu ərazisində 1, Bakı şəhərində Qala-Pirallahı avtomobil yolunun 3,6 kilometrində uzunluğu 76,7 m olan və Ziya Bünyadov prospektində 9 nömrəli Bakı Peşə Liseyinin qarşısında uzunluğu 90 metr olan yeni yerüstü piyada keçidlərinin tikintisi başa çatdırılıb. Ötən il 17 kəndlərarası avtomobil yolları layihəsindən uzunluğu 207,4 km təşkil edən 12 layihənin icrası başa çatıb, tikintisinə ilkin vəsait ayrılmış uzunluğu 167 km təşkil edən 5 layihə üzrə işlər isə davam etdirilib.
Bundan başqa, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Şəki, Yevlax, Ucar, Zərdab, Ağcabədi rayonlarında 61,7 km uzunluğunda 10 kənd yolunun yenidənqurulması işləri həyata keçirilib, Şamaxı rayonunda 45,4 km, Naftalan şəhərində 16,9 km uzunluğunda daxili yollarının yenidən qurulması və əsaslı təmiri işləri başa çatdırılıb.
Həmçinin, Bakı şəhəri və onun 12 rayonunda 123,1 km investisiya vəsaiti hesabına, 51,8 km isə “Avtomobil Yolları” məqsədli büdcə vəsaiti hesabına 174,9 km uzunluğunda şəhər və qəsəbə daxili avtomobil yollarının yenidən qurulması və əsaslı təmiri işləri də başa çatdırılıb".
Aytən Zəhra
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


