"Bu il iki dövlət əhəmiyyətli yolun tikintisi başa çatacaq" - Saleh Məmmədov

   "Bu il iki dövlət əhəmiyyətli yolun tikintisi başa çatacaq" -    Saleh Məmmədov
  22 Fevral 2022    Oxunub:1590
"Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi birinci texniki dərəcəli avtomobil yolunun tikintisinin bu il yekunlaşdırılması planlaşdırılır".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov peşə bayramı münasibətilə tədbirdə deyib. Onun sözlərinə görə, həmçinin M2 magistral avtomobil yolunun Gəncə-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi də 2022-ci ildə bitəcək:

"Hazırda Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204-207-ci kilometrlik hissəsinin (3 km) və Astaraçay çayı üzərində körpünün tikintisi, Azərbaycan – Rusiya Federasiyası dövlət sərhədində uzunluğu 23.7 km olan “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun 4 zolağa genişləndirilməsi, Susay-Xınalıq avtomobil yolunun tikintisi, Sumqayıt-Hacı Zeynalabdin Tağıyev qəsəbəsi (16 km) avtomobil yolunun yenidən qurulması, Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun (67.6 km) yenidən qurulması və Ağsu çayı ilə kəsişmədə yeni körpü və tunelin tikintisi davam etdirilir.

Həmçinin Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidən qurulması, Abşeron rayonu ərazisində yerləşən palçıq vulkanları ətrafındakı müasir turizm infrastrukturuna aparan uzunluğu 20.5 km yeni avtomobil yolunun tikintisi, Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz şəhərinin Rövşən Məmmədov küçəsindən keçən hissəsində avtomobillərin və piyadaların rahat hərəkətini təmin edəcək yeni yol qovşağının tikintisi istiqamətində işlər görülür".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti