Polis yollara ziyan vuran 69 nəfəri axtarır

   Polis yollara ziyan vuran  69 nəfəri axtarır
  22 Fevral 2022    Oxunub:2642
"2021-ci il ərzində Bakı şəhərində və Respublikanın ümumi istifadədə olan avtomobil yollarında yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnə 618 yol-nəqliyyat hadisəsi baş verib".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov peşə bayramı münasibətilə tədbirdə deyib. Onun sözlərinə görə, ümumilikdə yol təsərrüfatına 725,8 min manat məbləğində maddi ziyan dəyib, bundan 524,8 min manatı (72,3 %) ödənilib:

"Dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə, səbəkarları məlum olan və sığortaları olan yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq sığorta şirkətlərinə müraciət olunub, 3 yol nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə müraciət olunub. 69 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığı üçün onların araşdırılaraq tapılması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub".

Aytən Zəhra
AzVision.az


Teqlər: Yol  



Xəbər lenti