"Faciə çox pis təsir edib" - Bir ailənin öldüyü qəzadan danışdı

    "Faciə çox pis təsir edib"     - Bir ailənin öldüyü qəzadan danışdı
  22 Fevral 2022    Oxunub:2263
"Son 2-3 gündə Quba yolunda baş vermiş faciə özümə də çox pis təsir edib. Amma mətbuat işçiləri gündəlik avtomobil yollarında olan faciələrin sayını hesablasalar, görərlər ki, bu da onların biridir".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov peşə bayramı münasibətilə tədbirdə deyib. Onun sözlərinə görə, layihələndirməyə uyğun olaraq o yolda sürətin tənzimlənməsi üçün yol nişanları qoyulub:

"Əvvəlcədən yolda döngə, nahamar olması, təmir getməsini göstərən işarələr var. Hər bir yoldan istifadə edən sürücü onlara riayət etsə, qəza olmaz. Həmin faciə də o ailədə iki gün öncə baş verən hadisənin təəssrüatlarının özündə əks olunmasından olub".

Agentlik sədri qeyd edib ki, ümumiyyətlə həmin ərazidə yolda dalğavari heç nə yoxdur:

"Ora körpüyə yaxınlaşma yolu olub və çökmə baş verir. Həmin yol Bakı - Sumqayıt dairəvi yoludur. Ora əvvəlcə yük maşınlarının hərəkəti üçün nəzərdə tutulan yol olub. 2008-ci ildə o yol yenidən rekonstruksiya olunub. Həmin yolda 3 zolaqlıdan 2 zolaqlıya keçmə barədə nişan qoyulub".

S.Məmmədov qeyd edib ki, Quba yolunun bərpası üçün mütəmadi işlər aparılır:

"Quba yolunun yenidən beton yol kimi bərpası üçün böyük vəsait tələb olunur. Çalışırıq ki, yolu yararsızlıqdan yararlı şəkilə gətirək. Quba yoluna hazırda yeni alternativ yol çəkilir və yol 2022-ci ilin sonuna qədər istifadəyə veriləcək".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti