Ermənilərin Laçına girmədən gedəcəkləri yol çəkilir

   Ermənilərin    Laçına girmədən    gedəcəkləri yol çəkilir
  22 Fevral 2022    Oxunub:3456
"Tarixən Ermənistan Respublikasından Azərbaycanın rayonlarına gedən avtomobil yolu Laçın şəhərinin mərkəzindən keçib. Hazırda da Qarabağda yaşayan ermənilərin Ermənistanla əlaqəsinin olması üçün həmin yol istifadəyə verildi. O, Laçın dəhlizi deyil, Azərbaycanın tarixi yoludur".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov peşə bayramı münasibətilə tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbayxan əhalisinin birbaşa hərəkətini təmin etmək üçün Laçın şəhərindən yan keçən avtomobil yolu çəkilir:

"28 km olan yolu artıq 17 km-i çəkilib, Həkəri çayı üzəri də bir körpü də tikilib. Bu edilir ki, ermənilər artıq Laçın şəhərinə daxil olmadan o yolla getsin. Bu yoldan bizim sakinlərimiz də istifadə edəcək. Həmin yol Laçının 6 kəndini birləşdirəcək. Yol iyul ayına qədər istifadəyə veriləcək".

Aytən Zəhra
AzVision.az


Teqlər: Laçın   Yol  



Xəbər lenti