Qaxda meşə iki gündür yanır - FOTO

   Qaxda meşə iki gündür yanır -    FOTO
  22 Fevral 2022    Oxunub:1458
Qax rayonunun Qum kəndi yaxınlığında dağ-meşə ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən müvafiq tədbirlərin görülməsi davam etdirilir.
FHN-dən AzVision.az -a verilən xəbərə görə, mürəkkəb relyefli dağlıq ərazi və küləkli hava şəraiti səbəbindən yanğının söndürülməsi prosesinin mürəkkəbləşməsinə baxmayaraq, yanğınsöndürənlərin səyi ilə yanğının məhdudlaşdırılması mümkün olub. Hazırda yanğının tam söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.



Qeyd edək ki, əsasən əl əməyi ilə həyata keçirilən yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup yerli sakin də iştirak edir. Xatırladaq ki, Qax rayonunun dağ-meşə ərazisində yanğın fevralın 20-də, günorta saatlarında başlayıb.



AzVision.az




Teqlər: Meşə   Qax  



Xəbər lenti