Vətən müharibəsi iştirakçısı narkotika istifadə etdi, həbs olundu

   Vətən müharibəsi iştirakçısı narkotika istifadə etdi,    həbs olundu
  22 Fevral 2022    Oxunub:1846
Salyanda itkin düşdüyü bildirilən Vətən müharibəsi iştirakçısı həbs edilib.

AzVision.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən APA-ya bildirilib ki, Vətən müharibəsi iştirakçısı Kamran Dadaşzadənin itkin düşməsi ilə bağlı məlumat həqiqəti əks etdirmir:
“Kamran Dadaşzadə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri ərazisində saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan narkotik vasitə aşkarlanıb”.

N. Həmidovun sözlərinə görə, onun barəsində toplanmış materiallar məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə K.Dadaşzadə 30 sutka inzibati qaydada həbs edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə Kamran Dadaşzadənin itkin düşdüyü bağlı məlumatlar yayılıb.

AzVision.az


Teqlər:



Xəbər lenti