Prezident İlham Əliyev Vladimir Putini Bakıya dəvət edib

   Prezident İlham Əliyev Vladimir Putini Bakıya dəvət edib
  22 Fevral 2022    Oxunub:2032
Moskvada səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putini Bakıya rəsmi səfərə dəvət edib. AzVision.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Bildirilir ki, prezidentin iş qrafiki və epidemioloji vəziyyət buna imkan verən kimi bu səfər reallaşdırıla bilər.

- Danışıqların rəsmi hissəsindən sonra ölkə liderləri məsafə saxlayaraq əldə şampan bakalları tutmaqla söhbət ediblər. "Bir daha təşəkkür edirəm. Və cədvəl, pandemiya imkan verən kimi sizi Bakıda gözləyirik. Çox şad olarıq", - Əliyev deyib.

AzVision.az



Teqlər:



Xəbər lenti