Canlı yayımda Pənah Hüseynin burnu qırıldı - "Gədə" sözünə görə

 Canlı yayımda Pənah Hüseynin burnu qırıldı -  "Gədə" sözünə görə
  22 Fevral 2022    Oxunub:8638
Yeni Müsavat"ın canlı yayımında politoloqTofiq Abbaslı ilə Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin arasında dava düşüb. Pənah Hüseynin burnu qırılıb.

AzVision.az xəbər verir ki, əlbəyaxa dava Rauf Arifoğlunun aparıcısı olduğu "Dərin Təhlil" verilişində olub.
Tofiq Abbaslının verilişin digər qonağı millət vəkili, Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidova "bəy" deyib, sonradan sözünü düzəldərək "müəllim" deməsi Pənah Hüseynin reaksiyasına səbəb olub. O, politoloqa irad tutub və onu təhqir edib. Tofiq Abbaslı isə Pənah Hüseynə hücum etməklə reaksiya verib.



Maraqlı hadisələrdən dərhal xəbər tutmaq üçün "Teleqram" kanalımıza üzv olun

Bəxtiyar Məmmədov
AzVision.az


Teqlər:



Xəbər lenti