"Mart ayından "Müharibə veteranı" təqaüdü verilə bilər" - Nazir

   "Mart ayından  "Müharibə veteranı"  təqaüdü verilə bilər" -    Nazir
  23 Fevral 2022    Oxunub:1456
"İndiyə qədər altı qurum üzrə "Müharibə veteranı" statusu təyin edilib və onların təqdim etdiyi siyahı üzrə şəxslərə aylıq təqaüdün verilməsinə başlanılıb".
AzVision.az xəbər verir ki, bunu junalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Onun sözlərinə görə, statusun hansı dövrdə təsdiq olunmasına baxmayaraq, şəxslərə təqaüd yanvardan hesablanır:

"Bu ay ərzində Müdafiə Nazirliyi tərəfindən də müharibə iştirakçıları siyahısının verilməsini gözləyirik. Yeganə qalan qurum onlardır və ən çox kontingent də onlardadır. Təbii ki, dəqiqləşdirmə prosesi də uzun çəkir".

Nazir qeyd edib ki, mart ayının ilk yarısından Müdafiə Nazirliyinin verəcəyi siyahı üzrə də "Müharibə veteranı" təqaüdünün verilməsinə başlanıla bilər. O bildirib ki, proses qısa müddətdə yekunlaşacaq".

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdünü (80 manat) təyin edəcək.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti