Könüllü döyüşənlərə "Müharibə veteranı" statusu veriləcək? - AÇIQLAMA

 Könüllü döyüşənlərə    "Müharibə veteranı" statusu veriləcək? -    AÇIQLAMA
  23 Fevral 2022    Oxunub:3401
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 44 günlük Müharibəsində könüllü iştirak edən şəxslərə “Müharibə veteranı” statusunun verilməməsi məsələsinə aydınlıq gətirib.
AzVision.az xəbər verir ki, nazir junalistlərə açıqlamasında burada hər hansı könüllü və ya qeyri könüllü kateqoriyasının olmadığını vurğulayıb:

""Müharibə veteranı" statusunun veriləcəyi şəxslərin konkret kateqoriyaları var. Bu da normativ hüquqi aktlarla təsbit edilib. Həmin şəxslərin “Müharibə veteranı” statusu müəyyən edən xidmət keçdiyi və ya işlədiyi qurumdur. Könüllü olaraq döyüşə gedən də hansısa hərbi hissəyə təhkim olunub. Ona görə də, həmin qurumlar qanunvericilikdə olan kateqoriyalar üzrə siyahıları müəyyənləşdirir".

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında könüllü iştirak etmiş bəzi şəxslər onlara “Müharibə veteranı” adının verilməyəcəyi barədə sosial şəbəkələrdə narazılıqlarını bildiriblər.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti