"Azərbaycan regionda ən etibarlı tərəfdaşdır"- Deputat

"Azərbaycan regionda ən etibarlı tərəfdaşdır"-   Deputat
  23 Fevral 2022    Oxunub:1839
"Fevralın 22-də Kremldə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə imzalandı. İki ölkə arasında imzalanan bu mühüm sənəd Şuşa bəyənnaməsindən sonra beynəlxalq aləmdə Azərbaycan diplomatiyasının böyük uğuru kimi qiymətləndirilməlidir".
Bunu AzVision.az -a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib. Onun sözlərinə görə bu bir daha sübut edir ki, cənab Prezident İlham Əliyev regionda balanslaşdırılmış siyasət aparır, Azərbaycan isə ən etibarlı tərəfdaşdır.

- Sənəddə dövlət suverenliyi, ərazi bütövlüyü, dövlət sərhədlərinin toxunulmazlığı, daxili işlərə qarışmamaq kimi bəndlərin yer alması şimal qonşumuzun Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, daxili işlərə qarışmamaq kimi öhdəlik götürdüyünü, daxili işləri öz maraqlarını təmin etmək üçün addımlara getməyəcəyini açıq şəkildə bildirir. Bu da öz növbəsində iki ölkə arasında qarşılıqlı inamın tərənnümü kimi qiymətləndirilməlidir,-deputat deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti