Ermənistan Laçını atəşə tutub

   Ermənistan Laçını atəşə tutub
  24 Fevral 2022    Oxunub:1559
Fevralın 23-ü saat 20:30-dan 20:55-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonu istiqamətində yerləşən mövqelərindən Laçın rayonunun Əhmədli yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən bildirilib.

Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti Azərbaycan Ordusunun bölmələrinin nəzarəti altındadır.

AzVision.az


Teqlər:



Xəbər lenti