Ukraynada yaşayan azərbaycanlılara çağırış
Nazirlik həmçinin Azərbaycan vətəndaşlarına silahlı qüvvələrin cəmləşdiyi ərazilərə (Ukraynanın şərqindəki sərhəd rayonlarına) getməməyi, ölkədəki hərbi obyektlərə yaxınlaşmamağı tövsiyə edir.
“Vətəndaşlarımıza zərurət olmadığı halda yaşayış yerini tərk etməməyi və mümkün qədər təhlükəsiz yerlərdə qalmalarını, həmçinin xarici ölkələrə səyahətdən çəkinmələrini tövsiyə edirik”, - deyə müraciətdə bildirilir.
“Xüsusi hallarla əlaqədar vətəndaşlarımız Azərbaycan Respublikasının Kiyevdəki səfirliyinə (+380 73) 5050000 telefon nömrəsi və [email protected] elektron poçt ünvanı vasitəsilə, Xarkovdakı Fəxri Konsulluğa - (+38057) 7000531 telefon nömrəsi və [email protected] ünvanı vasitəsilə müraciət edə bilərlər. Vəziyyətin inkişafından asılı olaraq Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi tərəfindən əlavə məlumat veriləcək”, - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
S.Həsənova
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


