Ukraynada yaşayan azərbaycanlılara çağırış

   Ukraynada yaşayan azərbaycanlılara çağırış
  24 Fevral 2022    Oxunub:1920
Respublika vətəndaşlarına imkan daxilində yaşayış yerlərini tərk etməmələri və xüsusi hallarda Kiyevdəki diplomatik nümayəndəliklə əlaqə saxlamaları tövsiyə olunur.
AzVision.az xəbər verir ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ukraynada müvəqqəti və ya daimi yaşayan vətəndaşları hərbi obyektlərdən uzaq durmağa çağırıb.

Nazirlik həmçinin Azərbaycan vətəndaşlarına silahlı qüvvələrin cəmləşdiyi ərazilərə (Ukraynanın şərqindəki sərhəd rayonlarına) getməməyi, ölkədəki hərbi obyektlərə yaxınlaşmamağı tövsiyə edir.

“Vətəndaşlarımıza zərurət olmadığı halda yaşayış yerini tərk etməməyi və mümkün qədər təhlükəsiz yerlərdə qalmalarını, həmçinin xarici ölkələrə səyahətdən çəkinmələrini tövsiyə edirik”, - deyə müraciətdə bildirilir.

“Xüsusi hallarla əlaqədar vətəndaşlarımız Azərbaycan Respublikasının Kiyevdəki səfirliyinə (+380 73) 5050000 telefon nömrəsi və [email protected] elektron poçt ünvanı vasitəsilə, Xarkovdakı Fəxri Konsulluğa - (+38057) 7000531 telefon nömrəsi və [email protected] ünvanı vasitəsilə müraciət edə bilərlər. Vəziyyətin inkişafından asılı olaraq Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi tərəfindən əlavə məlumat veriləcək”, - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

S.Həsənova
AzVision.az


Teqlər:



Xəbər lenti