Niyə müttəfiqlik bəyanatı öncəsi Koçaryanla Sarqsyana cinayət işi qaldırıldı?
// Milli Məclisdə bu suala aydınlıq gətirilib
- Beləliklə, biz bu gün təkcə Xocalıda soyqırımına uğradılan doğmalarımızı deyil, həm də ondan öncə və Ağdabanda olduğu kimi, elə sonra da eyni vəhşiliklərlə üzləşən gendaşlarımızı, qandaşlarımızı anırıq. Bu anmaq özü onlar üçün edilən bir duadır. Amma anmaq ilk növbədə unutmamaq, bunu bizə kimlərin etdiyindən də çox, nə üçün etdiyini, niyə edə bildiyini unutmamaq üçündür. Ona görə də biz uğradımız soyqırımları, o sıradan da Xocalıda baş verənləri heç zaman yaddan çıxarmamalıyıq. Əsrin əvvəlində və ortasında baş verən soyqırımlarının nədən qaynaqlandığı və nə üçün edildiyindən dərs çıxarılmamasının nəticəsi idi ki, biz bunu Xocalıda yenidən yaşamalı olduq,- millət vəkili vurğulayıb.
Onun sözlərinə görə, çıxarmalı olduğumuz dərs budur: biz elə bir regionda yaşayırıq və elə qonşularımız var ki, ancaq güclü, qüdrətli olduğumuz, indiki kimi dəmir bir yumruğa çevrilməyi bacardığımız halda belə itkilərdən sığortalana bilərik.
- Xatırlamalıyıq ki, Xocalı soyqırımı törədilən ərəfədə kimlər hakimiyyətdə idi, kimlər ona can atırdı, həmin adamlarda xalqımızı bu cür vəhşiliklərdən qorumaq üçün tələb olunan liderlik keyfiyyəti, bacarıq və təpər vardımı? Yox idisə, cəmiyyət və xalq olaraq onlara niyə zamanında hədlərini göstərə bilmədik? Necə etməliyik ki, indən sonra belələrinin - iradəsizlərin, bacarıqsızların, populistlərin, avantüristlərin siyasi elita olmaq istəkləri istəkdən o yana keçməsin, hakimiyyətə yolları əbədi bağlı olsun?!,- soruşan millət vəkili əmin olduğunu bildirib ki, belə də olacaq: “Biz ikinci Qarabağ savaşında düşmənlərimizə də, onlardan alət kimi faydalananlara da göstərdik ki, bu xalq ötən əsrin sonundakı xalq deyil. Bilirsiniz, tarixdə xalqın liderinə, liderin isə xalqına uyğun gəlmədiyi anlara az rast gəlinmir. İkinci Qarabağ savaşı Azərbaycan xalqının cənab İlham Əliyev kimi qüdrətli bir lideri haqq etdiyini ortaya qoyduğu kimi, göstərdi ki, “Dəmir Yumruğa” çevrilməyi bacaran belə bir xalqın elə məhz bu cür lideri də olmalıydı”.
Sahib Alıyev deyib ki, 44 günlük savaşdakı qələbəmizlə Xocalıda soyqırıma uğrayan soydaşlarımızın ruhlarını sevindirmişik, amma onların ruhları o zaman tam rahatlıq tapacaq ki, xocalılılar Xocalıya dönəcəklər: “Ümid etmək istərdim ki, müttəfiqimiz Rusiya bunun tez bir zamanda baş verməsi üçün hərəkətə keçəcək, bu, sözügedən dövlətin həm də mənəvi borcudur”.
Heydər Əliyev Fondunun, Leyla xanım Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət” kampaniyasından sonra soyqırımın dünyada tanınmasına toxunan deputat deyib ki, bu, bir prosesə çevrilməlidir:
- Əmin olmaq istərdim ki, bir gün Rusiya parlamentində də Xocalı soyqırımı tanınacaq. Yəqin cənab Prezidentin Moskvaya səfəri, Müttəfiqlik haqda Bəyannamənin imzalanması öncəsi bu soyqırımında əli olan iki cani - Ermənistanın keçmiş dövlət başçıları Robert Köçəryan və Serj Sərkisyana qarşı cinayət işinin qaldırılmasının nə anlam daşıdığı elə də böyük sirr deyil. Mənim firkimcə, bununla bir daha hər kəsə, ilk növbədə də həmişə nasistlərdən danışıb onları pisləyənlərə xatırladılır ki, terrorçu kimi nasistin də yaxşısı və pisi yoxdur. Hitlerin əlaltısı Qaregin Njdeni fetişləşdirən, onun yoluyla gedənlərdən dost və müttəfiq bir yana, heç vassal da ola bilməz və olmamalıdır.
Deputat bildirib ki, Rusiya ilə 22 fevral Bəyannaməsindəki 38 və 39-cu maddələrə dayanaraq, biz müttəfiq dövlətin regionlarında, özəlliklə də Quzey Qafqazda hay nasistlərinin Xocalıdakı əməllərinin pislənməsi yönündə işlər aparmalıyıq: “Hər kəs bilməlidir ki, özlərini qafqazlı kimi təqdim edənlər bu regiondakı heç bir xalqın özünə rəva bilmədiyi vəhşiliyə əl atıb. Qonşusuna qarşı soyqırımı siyasəti həyata keçirib. Bəli, azərbaycanlılar Qafqazda soyqırımına uğrayan yeganə xalq deyil. Amma məhz bizim xalqımız qafqazlının, daha dəqiqi özünün qafqazlı kimi təqdim edən hayların belə vəhşiliyilə üzləşiblər ki, regionda bir daha təkrarlanmaması üçün bu lənətlənməlidir”.
Teqlər: Xocalı







Vaxtında, Aydın, Lazımlı!


