Masallıya baş həkim təyin olunub

Masallıya baş həkim təyin olunub
  25 Fevral 2022    Oxunub:1891
Masallı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsə yeni baş həkim təyin olunub.
AzVision.az xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Eşqin Əliyev təyinat alıb.

O, bu təyinata qədər tibb müəssisəsində şöbə müdiri vəzifəsində çalışıb.

AzVision.az


Teqlər:



Xəbər lenti