"Ermənistan, erməni xalqı Xocalı faciəsinə görə üzr istəməlidir" - Hikmət Hacıyev

   "Ermənistan, erməni xalqı Xocalı faciəsinə görə üzr istəməlidir" -    Hikmət Hacıyev
  25 Fevral 2022    Oxunub:1528
"Xocalı həm də Ermənistan dövlətinin məğlubiyyəti idi, bir dövlət kimi mənəvi əsaslarını itirdilər”.
AzVision.az xəbər verir ki, bunu bu gün Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş konfransda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Azərbaycan Prezidentinin köməkçisi deyib ki, Ermənistan, erməni xalqı Xocalı faciəsinə görə üzr istəməlidir: “Üzr istəməlidirlər ki, bu qara səhifəni tarixlərindən çıxara bilsinlər”.

AzVision.az


Teqlər:



Xəbər lenti