Prezidentin köməkçisi Ukraynada baş verənlərə münasibət bildirib
Prezidentin köməkçisi bildirib ki, Ukrayna ətrafında baş verən hadisələr narahatlıq doğuran proseslərdir: “Azərbaycanın mövqeyi ondan ibarətdir ki, beynəlxalq hüququn norma və prinsipləri rəhbər tutularaq, bu məsələnin siyasi, diplomatik yollarla və dialoq əsasında həll edilməsi çox vacibdir. Bu xüsusda da atəşkəsə nail olunması vacib, təməl addımlardan biridir. Azərbaycan beynəlxalq münasibətlərdə beynəlxalq hüququn norma və prinsiplərini həmişə rəhbər tutur. Bu sırada da dövlətlərin suverenliyi və ərazi bütövlüyü məsələsini xüsusi qeyd etmək istərdim”.
AzVision.az
Teqlər: Azərbaycan Ukrayna







Vaxtında, Aydın, Lazımlı!


