100-dən çox azərbaycanlı Ukraynanı tərk edib

   100-dən çox azərbaycanlı Ukraynanı tərk edib
  25 Fevral 2022    Oxunub:1871
“Azərbaycan vətəndaşları Moldova sərhəddindən keçməklə Ukraynanı tərk edə bilərlər”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə bildirib. Onun sözlərinə görə, dünən və bu gün ərzində 100-dən çox Azərbaycan vətəndaşı Ukrayna-Moldova sərhəddi vasitəsilə Ukraynanı tərk edib.

"Bütün vətəndaşlara səfirliklə əlaqə saxlamaq, həmçinin hərbi qüvvələrdən və obyektlərdən uzaq olmaq, evdə və ya təhlükəsiz yerdə qalmaq, səfərlərdən çəkinmək tövsiyə olunur. Ukraynadan Moldovaya keçən vətəndaşlarımızın oradan Azərbaycana necə, hansı yollarla gətirilməsi imkanları araşdırılır. Bu barədə sonra əlavə məlumat veriləcək".

AzVision.az


Teqlər: Ukrayna  



Xəbər lenti