COVID-ə yoluxanlar apreldə yenidən imtahan verə biləcək

   COVID-ə yoluxanlar apreldə yenidən imtahan verə biləcək
  25 Fevral 2022    Oxunub:1637
Buraxılış imtahanları bir ay ərzində 4 dəfə aparılacaq. COVID xəstəsi olanlar imtahana buraxılmayacaq.
AzVision.az xəbər verir ki, bunu Dövlət İmtahan mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransı zamanı deyib. Sədr qeyd edib ki, onların aprelin 2-3-ü tarixlərində imtahan vermələrinə şərait yaradılacaq:

“Abituriyentlərin rəsmi olaraq COVID xəstəsi olması yoxlanılacaq. Amma kimlərsə PZR test verəyib “xəstə olub, evdə qalması” məsələsinə baxılmayacaq”.

M.Abbaszadə qeyd edib ki, attestat almaq istəənlər şəxslər imtahanda iştirak etmədən də ala bilərlər.
“Yalnız imtahana aid olan xanalar “0” yazılır. Onlar belə sənədlə bizdə ali məktəbə imtahan verə bilmirlər. Amma işə düzələ və xaricdə oxuya bilərlər”.

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti