Qaydalara riayət etməyənlərin imtahan nəticələri ləğv olunacaq - Xəbərdarlıq

   Qaydalara riayət etməyənlərin imtahan nəticələri ləğv olunacaq -    Xəbərdarlıq
  25 Fevral 2022    Oxunub:1615
"Buraxılış imtahanlarından sonra sual kitabçaları qaytarılmayacaq".
AzVision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bu qayda qanunvericiliklə tənzimlənir.

“Sual kitabçaslndakı suallara baxmaq üçün imtahana əlavə vasitələrlə gəlmək lazım deyil. İndidən abituriyentlərə xəbərdarlıq edirəm. Bütün beynəlxalq imtahanlarda da belədir. Hansı imtahanlarda sual kitabçaları verilir? Biz abituriyentlərin biliklərinə qiymət verməyi bacarırıq. Ona görə də kimsə sual kitabçalarının çıxarılmasında maraqlı olmasın. Hətta magistratura imtahanında iştirak edən bir namizəddə belə fakt olub. Onun balı məlum idi və imtahan kitabçasındakı sualların şəklini paylaşmışdı.Biiz məsələni araşdırdıq, aşkarladıq və əmr imzalamışam, həmin şəxsin nəticələri ləğv olunacaq".

Aytən Zəhra
AzVision.az



Teqlər: İmtahan  



Xəbər lenti