Bakıda qadın evlərdən oğurluq edib - VİDEO
Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən Ağdam rayon sakini Zeynəb Quliyeva saxlanılıb. O, izahatında etdiyi oğurluqları etiraf edib. Araşdırmalar zamanı onun Səbail rayonu Bayıl qəsəbəsində də bir evdən oğurluq etdiyi müəyyən edilib. Faktlarla bağlı Qaradağ Rayon Polis İdarəsində Cinayət İşi başlanılıb. Zeynəb Quliyeva barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


