Layihə Holokost faciəsinə həsr olunmuş "Eva.stories"dən bəhrələnib. “Sevinj stories” Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilən “Xocalıya Ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Gənclər Fondunun dəstəyilə ərsəyə gətirilib.

Vüsal Əhmədzadə: - Biz layihəyə başlamamışdan öncə "Eva.stories"ə baxdıq. Daha sonra Xocalı faciəsi, qurbanları haqqında maksiumum məlumat topladıq. Soruşurlar ki, niyə obrazın adını Sevinc qoyduq? Xocalıda həmin dönəmdə 9 yaşlı Sevinc adında qız həlak olub. Bu ad bizi cəlb etdi. Çünki bundan əvvəl Xocalı sakinləri sevincli, xoşbəxt günlər yaşayıblar.

Biz ssenarini hazırladıqdan sonra ağlımıza ilk gələn aktrisa Nəzakət oldu. Onu “Zəhər tuluğu” filmindən tanıyırdıq. Ssenarini yazdıca onun mimikaları, jestləri bizə tam uyğun idi. O da bizim təklifimizi qəbul etdi və bu layihə ortaya çıxdı. Nəzakət "Zəhər tuluğu" filminə kastinqlə gəlmişdi. Onun istedadı təsadüfən ortaya çıxmağına baxmayaraq, iki böyük layihənin baş rol ifaçısıdır. Faciə fevralın 26-sı baş verdiyinə görə layihə 26 bölmədən ibarətdir. Fevralın 1-dən 26-na qədər olan proses göstərilir. Son paylaşım 26 fevral, yəni bu gün edilib.

Nəzakət Heydərova: - Əslində filmə çəkilməyə dəvət ediləndə sevindim, amma Xocalı ilə bağlı olduğuna görə bir az həyəcanlandım. Xocalı haqqında məlumatlı idim. Hava soyuq idi. Bu çəkilişlərdə çətinlik yaradırdı. Amma biz əynimizi qalın geyinmişdik, ayaqabılarımız isti idi. Xocalıdan olan böyüklər və uşaqların isə həmin gecə belə şansı yox idi. Ayağı yalın, nazik paltarda qarlı meşələrdə gizlənən insanları təsəvvür edəndə çox kövrəlirəm. Sonuncu çəkilişlərdə daha çox kədərləndim. Mən özüm Xocalıdan deyiləm, Qərbi Azərbaycandanam. Ancaq obrazı canladıranda xocalıların yaşadığı anları hiss etdim. Hər çəkilişdən-çəkilişə layihəni öyrənirdim.

Məktəbdə sinif yoldaşlarım, dostalarım belə bir layihəyə çəkildiyimə görə məni alqışladılar. Təbrik edilər. Bu layihəyə başlayanan çox gözəl şərhlər alıram. Təbrizdən, İngiltərədən, Amerikadan gözəl mesajlar gəlir. Bunlar məni sevindirir. Valideyinlərim də mənə dəstək oldular.

Əvəllər həkim olmaq istəyirdim. Sonradan Taleh əmigilin "İnstaqram" üzərindən verdkləri elan görüb, film çəkilişi üçün kastinqə qatıldım. Uğurlu alındı. Bundan sonra böyüyəndə aktirisa olmaq istəyirəm.

Şahanə Rəhimli
FOTO:Anar Bayramlı
VİDEO: Əhməd Xəlilov
MONTAJ: Bəxtiyar Məmmədov
AzVision.az