Şuşada Xocalı qurbanları yad edilib
Məlumata görə, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəliyinin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin və şəhər polis şöbəsinin rəhbərliyinin və şəxsi heyətinin iştirak etdiyi 1 dəqiqəlik anma mərasimi şəhərin mərkəzi meydanında və Yuxarı Gövhərağa məscidinin qarşında baş tutub. Anım mərasimində şəhərdə fəaliyyət göstərən digər dövlət və özəl şirkətlərin rəhbərlikləri də iştirak etmişdir. Xocalı soyqırımının bütün qurbanlarına Allah rəhmət eləsin.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


