Zelenski əcnəbilərə səsləndi: "XXI əsrin işğalçılarına qarşı ukraynalılarla birgə döyüşün"
Prezident Ukraynanın dostu olan bütün xarici ölkələrin vətəndaşlarına müraciət edib. O, qeyd edib ki, Avropada və dünyada təhlükəsizliyin müdafiəsinə qoşulmaq istəyən hər kəs gəlib XXI əsrin işğalçılarına qarşı ukraynalılarla çiyin-çiyinə dayana bilər.
Ukrayna Prezidentinin 10 iyun 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Silahlı Qüvvələrdə hərbi xidmət keçmə haqqında Əsasnamə”yə əsasən, əcnəbilər Ukrayna Silahlı Qüvvələrinə hərbi xidmət keçmək, ərazi müdafiə qüvvələrinin sıraları da daxil olmaqla könüllülülük əsasında müqavilə bağlamaq hüququna malikdirlər.
AzVision.az
Teqlər: Azərbaycanlı







Vaxtında, Aydın, Lazımlı!


