Odessada atışmalar zamanı 3 azərbaycanlı öldürüldü - Yaralılar var

   Odessada atışmalar zamanı 3 azərbaycanlı öldürüldü -    Yaralılar var
  27 Fevral 2022    Oxunub:2617
Dünən Ukraynanın Odessa şəhərində həmyerlilərimizin maşın karvanı atəşə tutulub.
AzVision.az xəbər verir ki, bu barədə feysbuk səhifəsində Azərbaycan diasporunun Odessadakı üzvü Anar Ağazadə məlumat paylaşıb.

O bildirib ki, Odessa şəhərindən 60 km aralıda, sərhəd qoşunları hərbçiləri formasında diversiya qrupu olduğu ehtimal olunan silahlılar 7-8 maşından ibarət olan əslən Kəlbəcər rayonundan olan soydaşlarımızın kolonunu tanınmamış Pridnestrovye ilə sərhəd Kuçurqan keçid məntəqəsi yaxınlığında gülləbaran edib. Hadisə şahidlərinin dediyinə görə 3 həmvətənimiz dünyasını dəyişib, 4-5 yaralı var.

AzVision.az


Teqlər:



Xəbər lenti