Əmisi qızının başını kəsdi - Təfərrüat YENİLƏNİB
"Report"un Qərb bürosunun məlumatına görə, İrmaşlı kəndin sakini, 1998-ci il təvəllüdlü Aytac Famil qızı Piriyeva kəndin kənarında, boş sahədə bıçaqla boğazı kəsilərək qətlə yetirilib.
Hadisəni törətməkdə isə onun əmisi oğlu, 1998-ci il təvəllüdlü Piri Əli oğlu Piriyev şübhəli bilinir. O, könüllü olaraq polisə təslim olub.
Qeyd edək ki, A.Piriyeva boşandıqdan sonra anası və qardaşı ilə birgə qalırmış, onun az yaşlı bir oğlu var. Hadisəni törətməkdə şübhəli bilinən P.Piriyev subay olub. Onların hər ikisinin ataları dünyasını dəyişib.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
22:33
Şəmkir rayonunda qətl hadisəsi törədilib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə İrmaşlı kəndində qeydə alınıb. Kənd sakini, 1998-ci il təvəllüdlü A.Piriyeva mübahisə zəminində bıçaqla qətlə yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən P.Piriyev polis əməkdaşları tərəfindən saxlanılıb. O, A.Piriyevanın qohumudur.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


