Bakıda teplovozla avtomobil toqquşdu, ölən var - Video

   Bakıda teplovozla avtomobil toqquşdu,    ölən var - Video
  28 Fevral 2022    Oxunub:1339
Bakıda teplovozla avtomobil toqquşub, ölən var.
AzVision.az “Report”a istinadən xəbər verir ki, hadisə fevralın 26-da Bakının Xəzər rayonunda qeydə alınıb.

Belə ki, maşinst – Füzuli rayon sakini, 1989-cu il təvəllüdlü Kamil İmanov və maşinst köməkçisi – paytaxt sakini, 1975-ci il təvəllüdlü Vasif Mustafayevin idarə etdiyi Biləcəri-Lokomotiv deposuna məxsus teplovozla Xəzər rayonu, Binə qəsəbəsi, Qala-Binə dəmiryolu mənzilinin 30-cu kilometrliyində qorunmayan dəmiryolu keçidində hərəkətdə olarkən sürücü – Sumqayıt sakini, 2001-ci il təvəllüdlü Nicat Fərzəliyevin idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobil toqquşub. Nəticədə sürücü və onun sərnişini Yaqub Yusifzadə 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Fevralın 27-də N.Fərzəliyev orada ölüb.

Faktla bağlı Sabunçu Xətt Polis Şöbəsinin İstintaq qrupunda araşdırma aparılır.


AzVision.az



Teqlər: Qəza  





Xəbər lenti