DİM imtahanlarla bağlı məlumat yaydı

DİM imtahanlarla bağlı məlumat yaydı
  28 Fevral 2022    Oxunub:1847
2021-ci ilin qəbul imtahanları pandemiya şəraitində sərt karantin dövrünə təsadüf etdiyi və tədris prosesində çətinliklər yarandığı üçün Təhsil Nazirliyi ilə razılaşdırılaraq proqramların məzmunu sadələşdirilmişdi.
Dövlət İmtahan Mərkəzindən AzVision.az -a verilən xəbərə görə, fənn kurikulumuna görə fənlər üzrə məzmun xətləri aşağı siniflərdən başlayaraq 11-ci sinif də daxil olmaqla dəyişmir. Sadədən mürəkkəbə doğru məzmun standartlarının tələbləri dəyişir. Ona görə də mövzuların tədrisinə aşağı siniflərdən başlanılır və son sinifdə yekunlaşır.

Pandemiyaya görə ötən ilin qəbul imtahanı proqramları əsasən 10-cu sinfə qədərki materialları əhatə etmişdi. Hazırda tədris prosesi əyani formada əvvəlki qaydada bərpa olunduğu üçün ali təhsil müəssisələrinə qəbul imtahanları üçün proqramlar Təhsil Nazirliyi ilə razılaşdırılaraq pademiya dövründən əvvəlki kimi tərtib edilib. Bununla bağlı, cari dərs ilinin əvvəlində (oktyabr, 2021) fənlər üzrə işçi qrupları tərəfindən müzakirələr aparılıb və internet saytı vasitəsilə mütəmadi olaraq məlumat verilib

Proqramlarda yenilik əsasən coğrafiya fənni ilə bağlıdır. Ölkə Prezidentinin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü” haqqında Fərmanının vacibliyi nəzərə alınaraq, proqrama bununla bağlı mövzu daxil edilib. Mövzu hələ dərsliklərdə öz əksini tapmadığı üçün, onunla bağlı hazırlanmış material Azərbaycan və rus dillərində 2021-ci ilin oktyabr ayında saytda yerləşdirilib.

Tarix fənnindən də ötən ilin qəbul proqramına salınmış II Qarabağ (Vətən) müharibəsinə aid material yeni redaktədə oktyabr ayından saytda yerləşdirilib.

Göründüyü kimi, proqramın məzmunu və yeniliklər barədə dərs ilinin əvvəlindən məlumat verilib. Qeyd edək ki, imtahan modeli dəyişməyib, ötən illərdə olduğu kimidir. DİM tərəfindən qəbul proqramlarının məzmunu və imtahan modelinə uyğun kağız daşıyıcılar və otk.az portalı vasitəsilə onlayn sınaq imtahanları da keçirilib və hazırda davam edir.

AzVision.az


Teqlər:





Xəbər lenti