"Ukrayna xalqı bu dəhşəti yaşamağa layiq deyil" - Elton Con

   "Ukrayna xalqı bu dəhşəti yaşamağa layiq deyil" -    Elton Con
  28 Fevral 2022    Oxunub:2605
Britaniyalı müğənni, pianoçu və bəstəkar Elton Con Ukraynaya dəstək paylaşımı edib.
Müğənni bildirib ki, onun QİÇS Fondu 20 ildən çox Ukrayna əhalisinin ən həssas təbəqələrini dəstəkləyib. Onun sözlərinə görə, Ukrayna xalqı bu dəhşəti yaşamağa layiq deyil.

"Bu münaqişənin baş verdiyini görəndə dəhşətə gəldik və ürəyimiz bu kabusu yaşamağa layiq olmayan Ukrayna xalqının yanındadır. Bu dağıdıcı dövrlərdə biz Ukraynada zorakılıq və əzabların dayandırılmasının tərəfdarıyıq ki, xilasedici xidmətlər və humanitar yardım ehtiyacı olanlara çata bilsin".



AzVision.az


Teqlər:





Xəbər lenti